Bakı. 29 yanvar. REPORT.AZ/ 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundunda Azərbaycan yığmasının keçirəcəyi oyunların vaxtı və stadionlar müəyyənləşib. "Report"un məlumatına görə, Fransada təşkil olunacaq yarışda rəqiblər təşkilatçı ölkədən əlavə, İngiltərə və Danimarka milliləri olacaq.
Baş məşqçi Nikolay Adamın komandası oyunlara 3 fərqli stadionda və saatda çıxacaq:
26 mart, saat 22:30.
Sen-Lo (Fransa). "Lui Viyeme" stadionu
Fransa – Azərbaycan
28 mart, saat 21:30.
Bayo (Fransa). "Anri Jan" stadionu
İngiltərə – Azərbaycan
31 mart, saat 22:00
Fler (Fransa). "Stad de Az" stadionu
Azərbaycan – Danimarka
Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.