Yuxarı

Hər iki oyunda uduzan Azərbaycan millisinin baş məşqçisi: "Komandamın çıxışından razıyam"

Azərbaycan millisinin baş məşqçisi: "Komandamın çıxışından razıyam"

"Finlandiya ilə oyunumuz da çətin olacaq. Çünki İspaniya kimi bu komanda da sürətli voleybol oynayır".

"Report" xəbər verir ki, bunu voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Covanni Kaprara Qızıl Avropa Liqasında keçirəcəkləri növbəti oyun barədə danışarkən deyib. 

İtaliyalı mütəxəssis bildirib ki, kollektiv məşqləri davam etdirir və voleybolçular tapşırıqları daha yaxşı yerinə yetirməyə çalışırlar: "Milli komandamızın oyunçusu Odina Əliyeva da bir neçə gündür ki, məşqlərə start verib. Düzdür Finaldiya ilə oyunda onu meydançada görə bilməyəcəksiniz. Amma qarşıdakı oyunlarda Odina da bizimlə birgə mübarizəyə qoşulacaq. Komandamın çıxışından razıyam. İnanıram ki, növbəti qarşılaşmalarda daha yaxşı oyun göstərəcəyik".

Qeyd edək ki, Azərbaycan millisi C qrupundakı ilk oyunda səfərdə Belarusa 2:3, növbəti matçda isə evdə İspaniyaya 0:3 hesabı ilə məğlub olub. Azərbaycan - Finlandiya oyunu iyunun 2-də keçiriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi