Azərbaycan milli komandasının voleybolçusu Rusiya klubu ilə anlaşıb

Azərbaycan milli komandasının voleybolçusu Rusiya klubu ilə anlaşıb Nataliya Məmmədova üçüncü dəfə Rusiyaya qayıdıb
Komanda
5 İyul , 2017 20:18
Azərbaycan milli komandasının voleybolçusu Rusiya klubu ilə anlaşıb

Bakı. 5 iyul. REPORT.AZ/ Azərbaycan milli komandasının voleybolçusu Nataliya Məmmədova karyerasını Rusiyanın “Dinamo” klubunda davam etdirəcək.

“Report”un “WorldofVolley”ə istinadən verdiyi məlumata görə, 2014-2015 mövsümündə “Azəryol”da çıxış edən Yovan Brakoçeviçlə yollarını ayıran Kazan təmsilçisi 33 yaşlı hücumçu ilə anlaşıb.

Qeyd edək ki, bu, ötən mövsüm İsveçrənin “Volero” klubunun formasını geyinən Nataliya Məmmədovanın Rusiyaya 3-cü qayıdışıdır. Azərbaycan yığmasının voleybolçusu daha əvvəl “Zareçye-Odintsovo” (Rusiya, 2002/03), “Azerreyl” (2003/04—2004/05, 2006/07), “Kyeri” (İtaliya, 2007), “İkardo” (İspaniya, 2008), “Türk Telekom” (Türkiyə, 2008/09), “Dinamo” (Rusiya, Krasnodar, 2009/10), “Rabitə” (2010/11—2011/12) və “Omiçka”nın (2012/13—2013/14) şərəfini qoruyub.

Son xəbərlər

Orphus sistemi