Azərbaycan həndbol millisi Rusiya klubuna iki dəfə məğlub olub

Azərbaycan həndbol millisi Rusiya klubuna iki dəfə məğlub olub Stavropol komandası ardıcıl dördüncü il yığmanı məğlubiyyətlə yola salıb
Komanda
2 Mart , 2017 12:23
Azərbaycan həndbol millisi Rusiya klubuna iki dəfə məğlub olub

Bakı. 2 mart. REPORT.AZ/ Rusiyanın Stavropol şəhərində təlim-məşq toplanışında olan həndbol üzrə qadınlardan ibarət Azərbaycan milli komandası yoxlama matçlarında qüvvəsini sınayıb.

"Report"un məlumatına görə, Georgi Voronovun baş məşqçi olduğu kollektiv yerli "Stavropolye-SKFU" klubu ilə 2 görüş keçirib.

Hər iki oyun Azərbaycan millisinin məğlubiyyəti ilə nəticələnib. İlk matçda rəqibinə 26:28 hesabı ilə uduzan yığma ikinci qarşılaşmada 6 top fərqi ilə məyus olub - 23:29.

Qeyd edək ki, bu, Azərbaycan millisinin Stavropolda ardıcıl dördüncü il keçirdiyi toplanış olub. Stavropol komandası ilə bütün görüşlər meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi