Azərbaycan milli komandası Şahmat Olimpiadasının qalibi olub

Azərbaycan milli komandası Şahmat Olimpiadasının qalibi olub 16 yaşadək şahmatçılardan ibarət Azərbaycan milli komandası Türkiyənin Çorum şəhərində keçirilən Olimpiadanın qalibi olub.
Komanda
5 Noyabr , 2019 16:02
Azərbaycan milli komandası Şahmat Olimpiadasının qalibi olub

16 yaşadək şahmatçılardan ibarət Azərbaycan milli komandası Türkiyənin Çorum şəhərində keçirilən Olimpiadanın qalibi olub.

"Report" xəbər verir ki, sonuncu turda rəqib Çin yığması üzərində qələbə qazanılıb.

Vüqar Manafov, Əhməd Əhmədzadə və Məhəmməd Muradlı heç-heçə etdiyi halda, ötən ay 14 yaşlı şahmatçılar arasında dünya çempionu olan Aydın Süleymanlı rəqibindən üstün olaraq yekunda qələbəni təmin edib. Beləliklə, xallarını 16-ya çatdıran Azərbaycan millisi Rusiya, Çin, Ukrayna kimi güclü şahmat ölkələrinin təmsilçilərini geridə qoyub.

Monqolustan, ABŞ, Kanada, İsrail, Qazaxıstan və Yunanıstanı məğlub edən komanda təkcə Özbəkistan və Ukrayna ilə heç-heçə edərək liderliyi sonadək qoruyub.

Ən yüksək nəticəni Aydın Süleymanlı göstərib. O, 9 tura 7 xal qazanıb.

Son xəbərlər

Orphus sistemi