Azərbaycan klubunun CEV Kubokundakı növbəti rəqibi müəyyənləşib

Azərbaycan klubunun CEV Kubokundakı növbəti rəqibi müəyyənləşib "Azəryol" "Salo" ilə ilk görüşünü 8 - 10 dekabrda səfərdə, cavab oyununu isə 15-17 dekabrda Bakıda keçirəcək
Komanda
11 Noyabr , 2015 23:35
Azərbaycan klubunun CEV Kubokundakı növbəti rəqibi müəyyənləşib

Bakı. 11 noyabr. REPORT.AZ/ Azərbaycanın voleybolçu qadınlardan ibarət "Azəryol" klubunun CEV Kubokunun 1/8 finalındakı rəqibi müəyyənləşib. "Report"un məlumatına görə, bu, Finlandiya "Salo"sudur.

"Salo" İsrail "Hayfa"sını həm evdə, həm də səfərdə eyni hesabla yenib - 3:0. Bugünkü qarşılaşmada skandinaviyalılar setləri 25:23, 25:19 və 25:17 hesablı üstünlüklə tamamlayıblar.

"Azəryol" "Salo" ilə ilk görüşünü 8 - 10 dekabrda səfərdə, cavab oyununu isə 15-17 dekabrda Bakıda keçirəcək.

Son xəbərlər

Orphus sistemi