Yuxarı

Azərbaycan klubu koronavirusa görə oyunçusu ilə vidalaşdı

Azərbaycan klubu koronavirusa görə oyunçusu ilə vidalaşdı
Dinlə

1003

"Azərreyl" komandası qadın voleybolçusu Pismaht Dorislə yollarını ayırıb. 

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda koronavirusla bağlı Azərbaycan çempionatında yaranmış fasilə ilə əlaqədar olaraq, Pismaht Doris ilə müqaviləni sonlandırmaq qərarına gəlib.

Xorvatiyalı oyunçuya gələcək karyerasında uğurlar arzulanıb. 

"Bu komandada peşəkar məşqçi və oyunçu heyəti ilə çalışmaq mənim üçün böyük uğur idi. Yenidən Azərbaycanda görüşmək ümidilə...”, - deyə P.Doris bildirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi