Azərbaycan klubu Çempionlar Liqasında növbəti oyununa çıxacaq

Azərbaycan klubu Çempionlar Liqasında növbəti oyununa çıxacaq Görüş Polşada olacaq
Komanda
21 Fevral , 2017 09:41
Azərbaycan klubu Çempionlar Liqasında növbəti oyununa çıxacaq

Bakı. 21 fevral. REPORT.AZ/ Azərbaycanın voleybolçu qadınlardan ibarət "Telekom" klubu bu gün Çempionlar Liqasında V tur matçına çıxacaq. "Report"un məlumatına görə, A qrupunun V tur matçında rəqib Polşa "Ximik"i olacaq.

Şçetsin şəhərindəki "Azotı Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Oyunu sloveniyalı Blaj Markel və isveçli Stefan Bernströmdən ibarət hakimlər dueti idarə edəcək.

4 turdan sonra "Ximik" 6 A qrupunda 6 xalla 3-cü pillədədir. Hələ xal qazana bilməyən "Telekom" isə sonuncudur. Qrupun ilk iki pilləsində İtaliyanın "Modena" və "Konelyano" komandaları yer alıb. Onların müvafiq olaraq, 11 və 7 xalları var.

Çempionlar Liqası, V tur

A qrupu

21:00. "Ximik" (Polşa) - "Telekom" (Azərbaycan)

Hakimlər: Blaj Markel (Sloveniya), Stefan Bernström (İsveç)

Son xəbərlər

Orphus sistemi