Yuxarı

Azərbaycan klubu Çempionlar Liqasında məğlub olub

Azərbaycan klubu Çempionlar Liqasında məğlub olub
Rəqib Polşa klubu olub

Bakı. 10 yanvar. REPORT.AZ/ Azərbaycanı Çempionlar Liqasında təmsil edən qadın voleybolçulardan ibarət "Telekom" klubu bu gün növbəti oyununu keçirib. 

"Report"un məlumatına görə, A qrupunun mübarizəsində rəqib Polşanın "Ximik" klubu olub.

Görüş qonaqların üstünlüyü ilə başa çatıb. "Telekom" oyunu 0:3 hesablı məğlubiyyətlə başa vurub. Bu nəticə ilə Bakı təmsilçisi qrup sonuncusudur.

İlk turda "Telekom" İtaliyada "İmoko Volley"ə 0:3, "Ximik" isə "Nordmekkanika"ya 1:3 hesabı ilə uduzub.

Çempionlar Liqası

Qrup mərhələsi, II tur

17:00. "Telekom" (Azərbaycan) - "Ximik" (Polşa) - 0:3 (16:25: 21:25: 20:25)

Hakimlər: Filip Şurman (Lixtenşteyn), Sabo-Aleksi Paul Katalin (Rumıniya)

Bakı. Sərhədçi Olimpiya İdman Mərkəzi

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi