Yuxarı

Azərbaycan klubu Çempionlar Liqasında ilk oyununu keçirəcək

Azərbaycan klubu Çempionlar Liqasında ilk oyununu keçirəcək
Rəqib İtaliya təmsilçisidir

Bakı. 14 dekabr. REPORT.AZ/ Azərbaycanın "Telekom" klubu voleybolçu qadınlar arasında Çempionlar Liqasının qrup mərhələsində mübarizəyə başlayır. "Report"un məlumatına görə, "rabitəçilər" bu gün A qrupunda ilk oyununa çıxacaq.

Zoran Qayiçin baş məşqçi olduğu komanda İtaliyada "Konelyano"nun qonağı olacaq. Trevizo şəhərindəki "Palaverde Villorba" arenasında keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da start götürəcək. Görüşü belçikalı Arturo Di Qyakomo və rusiyalı Andrey Zenoviç idarə edəcək.

Qrupun digər matçında Polşa "Ximik"i İtaliyanın daha bir təmsilçisi "Modena"nı sınağa çəkəcək. Bu görüş də eyni saatda başlanacaq.

Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsində Azərbaycanın daha bir təmsilçisi olan "Azərreyl" isə ilk görüşünü dekabrın 15-də Polşanın MKS komandasına qarşı keçirəcək. C qrupunun qarşılaşması Voleybol Mərkəzində baş tutacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi