Yuxarı

Azərbaycan klubları Çempionlar Liqasında növbəti oyunlarını keçirəcək

Azərbaycan klubları Çempionlar Liqasında növbəti oyunlarını keçirəcək
Hər iki komanda səfərdə meydana çıxacaq

Bakı. 25 yanvar. REPORT.AZ/ Azərbaycanın voleybolçu qadınlardan ibarət "Azərreyl" və "Telekom" klubları bu gün Çempionlar Liqasında növbəti oyuna çıxacaqlar. "Report"un məlumatına görə, C qrupunda yer alan "dəmiryolçular" IV tur çərçivəsində Fransada "Sent-Rafael" komandası ilə qarşılaşacaqlar.

Frejus şəhərindəki Voleybol Mərkəzində keçiriləcək görüşü lüksemburqlu Karole Hepp və finlandiyalı Pasi Hakkaraynen idarə edəcək. Görüş Bakı vaxtı ilə saat 23:30-da başlanacaq. İlk 2 turdan sonra Polşanın "Dabrova Qornitsa" klubu və "Azərreyl" qrupda 3 xalla müvafiq olaraq 2 və 3-cü yerdə qərarlaşıblar. Hələ xalı olmayan "Sent-Rafael" 4-cü pillədədir. Qrupa 6 xalla Türkiyənin "Fənərbağça" klubu liderlik edir.

Elə həmin vaxt  A qrupunda çıxış edən "rabitəçilər"in İtaliyanın Modena şəhərində eyniadlı komanda ilə görüşü başlanacaq. Matçı slovakiyalı İqor Şimpl və serbiyalı Andyelko Popoviç idarə edəcək. Qrupa 5 xalla "Modena" rəhbərlik edir. İtaliyanın dgər təmsilçisi "İmoko Volley" 4 xalla ikinci, Polşa "Ximik"i 3 xalla 3-cüdür. Aktivində xalı olmayan "Telekom" isə qrup sonuncusudur.

Turun növbəti oyunları fevralın 8-də keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi