Azərbaycan klubları avrokubok oyunlarından öncə bir-biri ilə qarşılaşıb

Azərbaycan klubları avrokubok oyunlarından öncə bir-biri ilə qarşılaşıb “Azərreyl” və “Azəryol” voleybol klubları öz aralarında yoxlama oyunu keçirib
Komanda
26 Oktyabr , 2015 03:48
Azərbaycan klubları avrokubok oyunlarından öncə bir-biri ilə qarşılaşıb

Bakı. 26 oktyabr. REPORT.AZ/ Avrokubaklara hazırlığı davam etdirən Bakın qadınlardan ibarət “Azərreyl” və “Azəryol” voleybol klubları öz aralarında yoxlama oyunu keçirib.

Görüş “Azərreyl”in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, “Azərreyl” Çempionlar Liqası yarışlarında mübarizə aparacaq. “Azərreyl” “A” qrupunda “Lokomotiv” (Azərbaycan), “Alyants Ştutqart” (Almaniya) və “Dinamo Kazan” (Rusiya) komandaları ilə qarşılaşacaq. “Azəryol” isə Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarında Rumıniyanın “Tarqovitse” klubu ilə üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi