Azərbaycan karateçiləri Premyer Liqanın son mərhələsində 2 medal qazanıb

Azərbaycan karateçiləri Premyer Liqanın son mərhələsində 2 medal qazanıb İspaniyanın paytaxtı Madriddə keçirilmiş Karate1 Premyer Liqasında Azərbaycan millisi 2 medal qazanıb.
Komanda
2 Dekabr , 2019 00:24
Azərbaycan karateçiləri Premyer Liqanın son mərhələsində 2 medal qazanıb

İspaniyanın paytaxtı Madriddə keçirilmiş Karate1 Premyer Liqasında Azərbaycan millisi 2 medal qazanıb. 

"Report"un məlumatına görə, mövsümün son mərhələsində İrina Zaretska (68 kq) qızıl, Pənah Abdullayev (84 kq) isə bürünc medal qazanıb. Nuranə Əliyeva isə 3-cü yer uğrunda görüşdə uduzaraq, 5-ci yerlə kifayətlənib.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov idmançıları mükafatlandırma mərasimində iştirak edib. İspaniya paytaxtında 89 ölkədən 737 karateçi mübarizə aparıb. 

İdmançılar hər qələbəyə və medalların əyarına əsasən, dünya reytinqi ilə yanaşı, olimpiya reytinq xalları qazanıblar. Azərbaycan hakimləri Cahangir Babayev və Vüqar Kərimov da mötəbər yarışın final görüşlərinə etimad göstərilən referilər arasında yer alıblar.

Karate1 Premyer Liqasının Madrid mərhəlsində həmçinin ilin yekununa əsasən fərqlənən idmançılar "Grand Winners" mükafatlarına layiq görülüblər. 

2019-cu il mövsümünün nəticələrinə əsasən "Grand Winners" mükafatına namizədlər arasında məşhur Azərbaycan karateçiləri Rafael Ağayev (75 kq) və İrina Zaretska (68 kq) da var. Mükafatın təqdimatı isə 24-26 yanvar 2020-cil ildə Parisdə, növbəti mövsümün ilk Premyer Liqasında olacaq.

Son xəbərlər

Orphus sistemi