Yuxarı

Azərbaycan idmançıları II Avropa oyunlarına yola salınıb - FOTO

​Azərbaycan idmançıları II Avropa oyunlarına yola salınıb

Azərbaycan idmançıları və nümayəndə heyəti Belarusun paytaxtı Minsk şəhərində keçiriləcək II Avropa Oyunlarına yola salınıb.

"Report" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda təşkil olunan mərasimdə respublikanın idman ictimaiyyətinin nümayəndələri, həmçinin Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin rəhbərliyi iştirak edib.

İdmançılar tədbirdə Oyunlardan qızıl medalla qayıdacaqlarına söz veriblər.

II Avropa Oyunlarının açılış mərasimi iyunun 21-də start götürəcək. Azərbaycan bu yarışda 80 idmançı ilə təmsil olunacaq. Oyunlara iyunun 30-da yekun vurulacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi