Yuxarı

Azərbaycan güləşçiləri Yaşar Doğunun xatirəsinə həsr olunan beynəlxalq turnirdə işirak edəcəklər

Azərbaycan güləşçiləri Yaşar Doğunun xatirəsinə həsr olunan beynəlxalq turnirdə işirak edəcəklər
Üç gün davam edəcək yarışda yığma komandanın 5 üzvü mübarizə aparacaq

Bakı. 7 mart. REPORT.AZ/ Sərbəst güləş üzrə Azərbaycan yığma komandası martın 10-da Türkiyənin İstanbul şəhərində start götürəcək Yaşar Doğunun xatirəsinə həsr olunan beynəlxalq turnirdə işirak edəcəklər.

"Report"un Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, üç gün davam edəcək sayca 45-ci yarışda baş məşqçi Firdovsi Umudov, məşqçilər Əsgərxan Novruzov və Rövşən Hacıyevin rəhbərliyi altında 5 pəhləvan mübarizə aparacaq. Heyətdə Mahir Əmiraslanov (57 kq), Qalib Əliyev (61 kq), Ağahüseyn Mustafayev (65 kq), İbrahim Usubov (86 kq) və Aslanbek Alborov (97 kq) yer alıb.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Vüqar Şükürov Azərbaycanı təmsil edəcək.

Qeyd edək ki, turnirin proqramına əsasən, martın 10-da 57 kq və 70 kq, martın 11-də 61 kq, 74 kq və 125 kq, son yarış günündə isə 65 kq, 86 kq və 97 kq çəki dərəcələrində pəhləvanlar mübarizə aparacaqlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi