Azərbaycan güləşçiləri Qitələrarası Kubokda iki qızıl medal qazanıb

Azərbaycan güləşçiləri Qitələrarası Kubokda iki qızıl medal qazanıb Yarış Rusiyanın Xasavyurt şəhərində keçirilir
Komanda
15 Oktyabr , 2017 14:39
Azərbaycan güləşçiləri Qitələrarası Kubokda iki qızıl medal qazanıb

Bakı. 15 oktyabr. REPORT.AZ/ Azərbaycanın sərbəst güləşçiləri Rusiyanın Xasavyurt şəhərində Qitələrarasında Kubok uğrunda mübarizəyə başlayıblar.

"Report"un məlumatına görə, ilk yarış günündə yığma üzvlərindən 2-si qızıl medal qazanıb.

65 kq çəki dərəcəsində Ağahüseyn Mustafayev finalda rusiyalı Rüstəm Qaymasovu, 97 kq çəkidəki Aslanbek Alborov isə özbək Maqomed İbrahimovu yenib. 57 kq və 74 kq çəkilərdə isə azərbaycanlı pəhləvanlardan mükafatçılar sırasına düşən olmayıb.

Yığma komandanın məşqçiləri Arif Abdullayev və Rövşən Hacıyevin rəhbərliyi altında Xasavyurta Pərviz İbrahimov (57 kq), Əli Rəhimzadə, Qalib Əliyev (hər ikisi 61 kq), Ağahüseyn Mustafayev (65 kq), Coşqun Əzimov, Murtuzəli Müslümov, Qitinomaqomed Hacıyev (hamısı 70 kq), Aleksandr Qostiyev, Hacımurad Məhəmmədsəidov (hər ikisi 86 kq), Aslanbek Alborov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) yollanıb. Qitələrarası Kuboka bu gün yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi