Azərbaycan güləşçiləri Avropa çempionatında daha 3 medal qazanıb - VİDEO

Azərbaycan güləşçiləri Avropa çempionatında daha 3 medal qazanıb - VİDEO Medallardan biri qızıl, ikisi isə bürüncdür
Komanda
29 Mart , 2017 21:31
Azərbaycan güləşçiləri Avropa çempionatında daha 3 medal qazanıb - VİDEO

Bakı. 29 mart. REPORT.AZ/ Macarıstanın Sombateli şəhərində 23 yaşadək güləşçilər arasında keçirilən Avropa çempionatının ikinci yarış günündə Azərbaycan milli komandası daha 3 medal qazanıb.

"Report"un məlumatına görə, Hacımurad Ömərov (70 kq) qızıl, Əli Rəhimzadə (61 kq) və Kənan Əliyev (86 kq) bürünc medala sahib olub.

Ömərov Gürcüstan, Moldova və Belarusdan olan rəqiblərini mübarizədən kənarlaşdırıb və finala yüksəlib. O, həlledici görüşdə Rusiya təmsilçisini də üstələyərək, Avropa çempionu adını qazanıb.

Rəhimzadə ardıcıl olaraq Almaniya və Belarusdan olan rəqiblərini mübarizədən kənarlaşdırsa da, yarımfinalda rusiyalı rəqibinə uduzub. Lakin o, bürünc medal uğrunda görüşdə isveçrəli pəhləvanı yenməyi bacarıb.

Nəhayət, Əliyev Belarus və İtaliyadan olan rəqiblərini üstələsə də, yarımfinalda yerli idmançıya məğlub olub. O da bürünc medal qarşılaşmasında İsveçrə təmsilçisini üstələyib.

Beləliklə, Avropa çempionatının ilk iki gününü Azərbaycan sərbəst güləşçiləri üst-üstə 2 qızıl və 3 bürünc medalla tamamlayıb. İlk yarış günündə Teymur Məmmədov (65 kq) qızıl, İsmayıl Abdullayev (74 kq) bürünc medal qazanmışdı.

Son xəbərlər

Orphus sistemi