Yuxarı

Azərbaycan gimnastları Dünya kuboku mərhələsində birinci olublar

Azərbaycan gimnastları Dünya kuboku mərhələsində birinci olublar
Onlar batut üzərində sinxron tullanmaq yarışında qalib gəliblər

Foto əlavə olunur

Bakı. 8 iyul. REPORT.AZ/ Azərbaycan gimnastları İlya Qrişunin və Ruslan Ağamirov Dünya Kuboku mərhələsində batut üzərində sinxron tullanmaq yarışında birinci olublar.

“Report” xəbər verir ki, yarış İsveçrənin Aroza şəhərində keçirilir.

Yarışda ikinci yeri Ukraynadan olan cütlük Dmitri Sobakar və Anton Davıdenko, üçüncü yeri isə bolqar gimnastlar Mariann Mixalyev və İvelin Yordanov tutublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi