Azərbaycan gimnastları Avropa çempionatında qızıl medal qazanıblar - VİDEO

Azərbaycan gimnastları Avropa çempionatında qızıl medal qazanıblar - VİDEO Azərbaycanın Aero dance üzrə böyüklərdən ibarət komandası Bakıda keçirilən aerobika üzrə Avropa çempionatında qızıl medal qazanıb.
Komanda
26 May , 2019 18:25
Azərbaycan gimnastları Avropa çempionatında qızıl medal qazanıblar - VİDEO

Azərbaycanın "Aero dance" üzrə böyüklərdən ibarət komandası Bakıda keçirilən aerobika üzrə Avropa çempionatında qızıl medal qazanıb.

"Report"un məlumatına görə, tərkibi Ayxan Əhmədli, Balaxanım Əhmədova, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Akif Kərimli, Elçin MəmmədovMədinə Mustafayevadan ibarət kollektiv finalda 17,800 bal toplayıb.

Rusiya gümüş, Rumıniya bürünc medal qazanıb.

Komandaların mükafatlandırma mərasimindən sonra Azərbaycanın dövlət himni səsləndirilib. Bu zaman komanda üzvləri Milli Gimnastika Arenasına toplaşan azarkeşlərlə birgə himni ürəkdən oxumağa başlayıblar. Bir müddət sonra mahnı dayandırılıb və himn mahnısız sonadək ifa olunub.

Qeyd edək ki, Avropa çempionatında 22 ölkədən 333 gimnast çıxış edib.

Son xəbərlər

Orphus sistemi