​Azərbaycan gimnastları Almaniya Qran-prisində bürünc medal qazanıb

​Azərbaycan gimnastları Almaniya Qran-prisində bürünc medal qazanıb Qrup hərəkətləri komandası finala çıxmağa müvəffəq olub
Komanda
2 İyun , 2015 08:34
​Azərbaycan gimnastları Almaniya Qran-prisində bürünc medal qazanıb

Bakı. 2 iyun. REPORT.AZ/ Almaniyanın paytaxtı Berlində bədii gimnastika üzrə ənənəvi Qran-pri "Berlin Masters" yarışına yekun vurulub. "Report"un Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, Marina Durunda və Siyana Vasileva, Səbinə Abbasova, Diana Doman, Aynur Mustafayeva, Aleksandra Platonova və Nigar Abdusəlimovadan ibarət qrup hərəkətləri komandası finala çıxmağa müvəffəq olub.

Azərbaycan gimnastlarının gürzlər və lent ilə çıxışını hakimlər 17.300 xalla qiymətləndirib, bu isə komandaya bürünc medal qazandırıb. Lent ilə hərəkətlərə görə isə qızlar 16.900 xal qazanaraq 5-ci yerdə qərarlaşıblar.

Hər iki çıxışın nəticələrinə əsasən, Azərbaycan gimnastları 33.850 xal toplayaraq 4-cü pilləyə sahib çıxıblar.

Son xəbərlər

Orphus sistemi