Bakı. 29 sentyabr. REPORT.AZ/ Sloveniyanın paytaxtı Lyublyanada futzal üzrə Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib.
"Report"un məlumata görə, püşk nəticəsində Azərbaycan milli komandasının da rəqibləri müəyyənləşib. Alesio da Silvanın baş məşqçi olduğu komanda İspaniya və Fransa ilə birgə D qrupuna düşüb.
Püşkatmanın nəticələri:
A qrupu: Sloveniya, İtaliya, Serbiya,
B qrupu: Rusiya, Qazaxıstan, Polşa
C qrupu: Portuqaliya, Ukrayna, Rumıniya
D qrupu: İspaniya, AZƏRBAYCAN, Fransa
Avropa çempionatı 2018-ci il sentyabrın 30-dan oktyabrın 10-dək Lyublyanada keçiriləcək.
Qeyd edək ki, püşkatma mərasimində Azərbaycanı AFFA-nın futzal üzrə koordinatoru Asim Xudiyev təmsil edib.