Yuxarı

Azərbaycan - Fransa oyununun hakimləri müəyyənləşib

Azərbaycan - Fransa oyununun hakimləri müəyyənləşib
Qarşılaşmanın birinci və ikinci hakimi İtaliyadandır

Bakı. 1 fevral. REPORT.AZ/ Sloveniyada keçirilən futzal üzrə Avropa çempionatında Azərbaycan və Fransa yığmaları arasındakı qrup matçının hakimləri müəyyənləşib. 

"Report"un məlumatına görə, qarşılaşmanın birinci və ikinci hakimi İtaliyadandır. 

Onlar müvafiq olaraq, Angelo Qalante və Alessandro Malferdir. Üçüncü hakim funksiyasını isə Çexiyadan olan Ondrey Çernı yerinə yetirəcək. Referilərin işinə isə ispan Pedro Anxel Qalan Nyeto qiymət verəcək.

Qeyd edək ki, fevralın 2-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq və CBC Sport telekanalı vasitəsilə canlı yayımlanacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi