Azərbaycan cüdoçusu Romada keçirilən Avropa açıq çempionatında bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Romada keçirilən Avropa açıq çempionatında bürünc medal qazanıb Oruc Vəlizadə komandamızın aktivinə bir medal yazdırıb
Komanda
18 Fevral , 2017 22:54
Azərbaycan cüdoçusu Romada keçirilən Avropa açıq çempionatında bürünc medal qazanıb

Bakı. 18 fevral. REPORT.AZ/ İtaliyanın paytaxtı Roma şəhərində kişilər arasında Avropa açıq çempionatına start verilib.

Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, milli komandamız mötəbər turnirin ilk günündə aktivinə bir medal yazdırıb.

Altmış kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Oruc Vəlizadə ilk görüşündə hollandiyalı Roy Koffijberqi, daha sonra Cənubi Koreya cüdoçusu Hyuk Çoiyi məğlub edib. Cüdoçumuz 1/4 finalda rusiyalı İslam Yaşuyevə uduzaraq təsəlliverici görüşə qatılıb. O, bu mərhələdə qırğızıstanlı Argen Bakytbekə qalib gəlib. 

Cüdoçumuz həmçinin üçüncü yer uğrunda görüşdə isə Fransa təmsilçisi Riçard Vergnesi məğlub edərək bürünc medala sahib olub.

Qeyd edək ki, 36 ölkədən 257 idmançının mübarizə apardığı Avropa açıq çempionatında Azərbaycan milli komandası 16 cüdoçu ilə təmsil olunur.

Son xəbərlər

Orphus sistemi