Azərbaycan cüdoçularının dünya çempionatındakı ilk rəqibləri müəyyənləşib - VİDEO

Azərbaycan cüdoçularının dünya çempionatındakı ilk rəqibləri müəyyənləşib - VİDEO Mundialda Azərbaycanı 9 kişi və 8 qadın tatami ustası təmsil edəcək
Komanda
27 Avqust , 2017 20:40
Azərbaycan cüdoçularının dünya çempionatındakı ilk rəqibləri müəyyənləşib - VİDEO

Bakı. 27 avqust. REPORT.AZ/ Avqustun 28-də Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatına start veriləcək.

"Report"un məlumatına görə, nüfuzlu yarışda Azərbaycanı 9 kişi və 8 qadın tatami ustası təmsil edəcək.

Bu gün atılan püşk nəticəsində onların ilk rəqibləri də müəyyənləşib.

Mərasimdə Beynəlxalq Cüdo Federasiyasının rəhbərliyi və İcraiyyə Komitəsinin üzvləri, milli federasiyaların rəsmiləri, yığma komandaların məşqçiləri, tanınmış cüdo xadimləri iştirak ediblər.

Kişilər

60 kq

1/16 final. Orxan Səfərov - Tapiva Pavari (Zimbabve) / Yanislav Gerçev (Bolqarıstan) cütünün qalibi

66 kq

1/32 final. Nicat Şıxəlizadə - Yeldos Jumaxanov (Qazaxıstan)

73 kq

1/32 final. Hidayət Heydərov - Ahmed əl-Meziati (Mərakeş)

1/32 final. Rüstəm Orucov - Akil Qyakova (Kosova) / Xavyer Ramires (İspaniya) cütünün qalibi

90 kq

1/32 final. Məmmədəli Mehdiyev - Kristian Bodirlau (Rumıniya)

1/16 final. Tural Safquliyev - Xose Luis Arroyo Osorno (Peru)

100 kq

1/16 final. Elmar Qasımov - Otqonbatar Lxaqvasuren (Monqolustan) / Saidjalol Saidov (Tacikistan) cütünün qalibi

1/16 final. Elxan Məmmədov - Lüis Medina (Dominikan Respublikası) / Kayl Reyes (Kanada)

+100 kq

1/32 final. Uşangi Kokauri - Rafael Silva (Braziliya)

Qadınlar

48 kq

1/32 final. Bazarraqça Erdenebat - Aleksandra Pop (Rumıniya)

1/16 final. Leyla Əliyeva - Funa Tanaki (Yaponiya)

52 kq

1/32 final. Buyanxişiq Purevsuren - Natalya Kuzyutina (Rusiya)

1/32 final. Nəzakət Əzizova - İkram Sukate (Mərakeş)

57 kq

1/32 final. Nəzakət Əzizova - Viktoriya Mayorosova (Slovakiya)

1/32 final. İçinxorlo Munxtsedev - Xayone Ekuisoayn (İspaniya)

63 kq

1/32 final. Gülsədəf Kərimova - Anrikuelis Barrios (Venesuela)

+78 kq

1/16 final. İrina Kindzerska - Essahonam Noeline Koro (Toqo)

Qeyd edək ki, dünya çempionatına sentyabrın 2-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi