Yuxarı

Azərbaycan cüdoçuları İtaliyada bürünc medal qazanıblar

Azərbaycan cüdoçuları İtaliyada bürünc medal qazanıblar

İtaliyanın Neapol şəhərində keçirilən 30-cu Yay Universiadasında Azərbaycan cüdoçuları komanda yarışlarını bürünc medalla başa vurublar. 

"Report" Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, kişi cüdoçularımız Türkmənistan, Almaniya və Fransa yığmalarını məğlub edərək yarımfinala vəsiqə qazanıblar. Yarımfinalda Rusiya komandasına uduzan Azərbaycan millisi bürünc medal uğrunda görüşdə Braziliya cüdoçularına 3:2 hesabı ilə qalib gəlib. 

Millimizlə yanaşı Yaponiya komandası da 3-cü yeri tutub. Koreya 2-ci, Rusiya isə 1-ci olub. Qeyd edək ki, 2 gün əvvəl cüdoçumuz Hidayət Heydərov Universiadanın fərdi yarışlarında gümüş medal qazanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi