Azərbaycan cüdoçuları dünya birinciliyində 2 gümüş medal qazanıb

Azərbaycan cüdoçuları dünya birinciliyində 2 gümüş medal qazanıb 590 idmançının mübarizə apardığı mötəbər birincilikdə Azərbaycan 15 cüdoçu ilə təmsil olunur
Komanda
18 Oktyabr , 2017 23:49
Azərbaycan cüdoçuları dünya birinciliyində 2 gümüş medal qazanıb
www.judo.az

Bakı. 18 oktyabr. REPORT.AZ/ Xorvatiyanın paytaxtı Zaqreb şəhərində gənclər arasında cüdo üzrə dünya birinciliyinə start verilib.

“Report” xəbər verir ki, mötəbər yarışın ilk günü millimiz aktivinə 2 medal yazdırıb.

55 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Natiq Qurbanlı və 60 kq çəki dərəcəsində mübarizə aparan Kəramət Hüseynov finala qədər bütün rəqibəri üzərində qələbə qazanıblar. Lakin hər iki cüdoçumuz finalda üstünlüyü rəqibə verərək gümüş medala sahib olublar.

83 ölkədən 590 idmançının (346 oğlan, 244 qız) mübarizə apardığı mötəbər birincilikdə Azərbaycan milli komandası 15 cüdoçu (10 oğlan, 5 qız) ilə təmsil olunur.

Son xəbərlər

Orphus sistemi