Azərbaycan cüdoçuları "Böyük Dəbilqə" turnirinin qalibi olublar - VİDEO

Azərbaycan cüdoçuları "Böyük Dəbilqə" turnirinin qalibi olublar - VİDEO Komanda üzvləri qızıl, gümüş və bürünc medal qazanıblar
Komanda
31 Oktyabr , 2016 21:27
Azərbaycan cüdoçuları Böyük Dəbilqə turnirinin qalibi olublar - VİDEO

Bakı. 31 oktyabr. REPORT.AZ/ Azərbaycan cüdoçuları Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" beynəlxalq yarışında çıxışlarını uğurla başa vurublar.

"Report" xəbər verir ki, milli komandamızın üzvləri Elxan Məmmədov, Rüstəm Orucov, Tural Səfquliyev müvafiq surətdə qızıl, gümüş və bürünc medal qazanıblar.

Azərbaycan millisi bu nəticə ilə kişilərin yarışında komanda hesabında 1-ci yeri tutub. Aktivində 1 qızıl və 3 bürünc medal olan Rusiya yığması 2-ci yerdə qərarlaşıb. 1 qızıl və 1 bürünc medal qazanan Serbiya cüdoçuları 3-cü olublar.

Son xəbərlər

Orphus sistemi