Bakı. 10 yanvar. REPORT.AZ/ Cüdo üzrə Azərbaycan milli komandası geniş heyətlə Avstriyaya yollanıb.
"Report" xəbər verir ki, cüdoçularımız Mittersill şəhərində təlim-məşq toplanışı keçirəcək.
Toplanışda əsas milli komanda, qadınlar, gənclər və paralimpiya komandamız iştirak edir.
Qeyd edək ki, hər il ənənəvi baş tutan Avstriya toplanışında dünyanın ən güclü cüdo ölkələrinin milli komandaları iştirak edirlər. Cüdoçularımız Avstriyadakı təlim-məşq toplanışına yanvarın 18-də yekun vuracaq.