​Azərbaycan Cüdo Federasiyasında yeni təyinatlar olub

​Azərbaycan Cüdo Federasiyasında yeni təyinatlar olub Məşqçilər Komitəsinə Hacıağa Hacıəhmədov sədr təyin edilib
Komanda
8 Noyabr , 2015 01:13
​Azərbaycan Cüdo Federasiyasında yeni təyinatlar olub

Bakı. 8 noyabr. REPORT.AZ/ Noyabrın 7-də Azərbaycan Cüdo Federasiyasının iclası keçirilib.

"Report"un məlumatına görə, iclasda əvvəlcə bir neçə komitə və sektorun yaradılması barədə qərar verilib.

Məşqçilər Komitəsinə Peter Zayzenbaxerin baş məşqçi postuna qayıdışınadək əsas yığmaya rəhbərlik etmiş Hacıağa Hacıəhmədov sədr təyin olunub. Hakimlər Komitəsi Fariz Hüseynova, Nizam-İntizam Komitəsi Ruzbek Vəliyevə, Yarışların Təşkili və Keçirilməsi sektoru Ağayar Axundzadəyə, regionlarda cüdonun inkişafı sektoru Tərlan Poladova tapşırılıb.

Bu komitələrə Azərbaycan cüdosunun simaları Tərlan Həsənov, Fərhad Rəcəbli, Qüdrət Pəncəliyev, Zakir Kərimov, Adil Sadıqov və digərləri üzv seçiliblər. Zülfiyyə Hüseynova isə Məşqçilər Komitəsinin üzvü kimi qadın cüdosunu koordinasiya edəcək.

Bundan başqa yeniyetmələrdən ibarət milli komandaya Elçin İsmayılov baş məşqçi, Zaur Babayev köməkçi-məşqçi, gənclərdən ibarət yığmaya Rəşad Məmmədov baş məşqçi, Rəşad Həsənov köməkçi-məşqçi təyin olunub.

Son xəbərlər

Orphus sistemi