Yuxarı

Azərbaycan çempionatının oyunları güclü küləyə görə təxirə salınıb

Azərbaycan çempionatının oyunları güclü küləyə görə təxirə salınıb
Qarşılaşmalar aprelin 2-də keçiriləcək

Bakı. 30 mart. REPORT.AZ/ Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının IX turunun bu gün keçirilməli olan oyunları təxirə salınıb.

Azərbaycan Voleybol Federasiyasından “Report”a verilən məlumata görə, buna paytaxtdakı güclü küləkli hava şəraiti səbəb olub. Qurumdan bildirilib ki, matçların təşkil olunduğu Voleybol Mərkəzi konstruksiyalı idman qurğusu olduğundan, güclü külək şəraitində qəzanın baş vermə ehtimalı var. Ona görə də oyunların təxirə salınması məqsədəuyğun sayılıb. Turun görüşləri aprelin 2-də keçiriləcək və eyni saatda başlayacaq.

Qeyd edək ki, IX tur çərçivəsində “Lokomotiv” – AVF və “Abşeron” - “Azərreyl” matçları keçiriləcək. Qarşılaşmalar, müvafiq olaraq, saat 15:00-da və 17:00-da başlayacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi