​Azərbaycan buzadırmanma üzrə Dünya Çempionatında 2-ci yeri tutub

​Azərbaycan buzadırmanma üzrə Dünya Çempionatında 2-ci yeri tutub Yarışda ölkəmizi FAIREX idmançılarından ibarət milli komanda təmsil edib
Komanda
8 Mart , 2015 20:40
​Azərbaycan buzadırmanma üzrə Dünya Çempionatında 2-ci yeri tutub

Bakı. 8 mart. REPORT.AZ/ Rusiyanın Kirov şəhərində 6-8 mart tarixlərində keçirilən sürətlə buzadırmanma üzrə Dünya Çempionatına yekun vurulub.

Yarışda ölkəmizi Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) idmançılarından ibarət milli komanda təmsil edib.

Federasiyadan "Report"a verilən məlumata görə, çempionatın yekunu üzrə komandalararası yarışda Azərbaycan millisi 2-ci yeri tutub.

Kişilər və qadınlar arasında sürət üzrə keçirilən çempionat üç gün davam edib.

Yarışlarda ölkəmizi Rinat Rəhimxanov, Alim Atluxanov, Qalib Şıxrəhimov, Ramel Rəhimxanov, Leyla Əhmədova və Sima Səfərova təmsil edib.

Son xəbərlər

Orphus sistemi