Azərbaycan boksçularının qatıldığı Olimpiya Təsnifat Turniri yarımçıq dayandırıldı

Azərbaycan boksçularının qatıldığı Olimpiya Təsnifat Turniri yarımçıq dayandırıldı Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli boks üzrə Avropa Təsnifat Turniri dayandırılıb.
Komanda
16 Mart , 2020 22:40
Azərbaycan boksçularının qatıldığı Olimpiya Təsnifat Turniri yarımçıq dayandırıldı

Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli boks üzrə Avropa Təsnifat Turniri dayandırılıb. 

"Report"un Beynəlxalq Olimpiya Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Böyük Britaniyanın paytaxtı Londonda keçirilən yarış may ayınadək təxirə salınıb. Hazırda davam edən axşam sessiyasından sonra turnir rəsmən bağlı elan olunacaq. 

"İşçi qrup artan məhdudiyyətlər və karantin tədbirləri fonunda tədbiri dayandırmağı və 60-dan çox ölkənin iştirakçılarına planlarını korrektə edərək evlərinə dönmələrini təmin etməyi qərara aldı. Olimpiadaya lisenziyaların may və iyun aylarında bölüşdürülməsini yekunlaşdırmaq üçün gündəlik vəziyyət qiymətləndirilməklə davam edəcək. Prioritet məsələ idmançıların oyunlara idman prinsipləri əsasında lisenziya qazanmalarıdır" deyə komitənin açıqlamasında bildirilir.

Mayın 14-də start götürmüş yarış martın 24-də yekunlaşmalı idi. Daha əvvəl turnirin azarkeşsiz keçirilməsi qərara alınmışdı.

Qeyd edək ki, Avropa Təsnifat Turnirində Azərbaycan boksçuları da mübarizə aparırdı. Onlardan Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq) və Kamran Şahsuvarlı (75 kq) qələbə ilə başladıqları halda, Rauf Rəhimov (91 kq) və Anaxanım Ağayeva (51 kq) ilə görüşdəcə uduzaraq, mübarizəni dayandırıblar.

Son xəbərlər

Orphus sistemi