Azərbaycan boksçuları dünya çempionatına hazırlığı davam etdirirlər

Azərbaycan boksçuları dünya çempionatına hazırlığı davam etdirirlər Toplanışa 9 boksçu cəlb olunub
Komanda
28 İyul , 2017 19:34

Bakı. 28 iyul. REPORT.AZ/ Azərbaycanın kişi boksçulardan ibarət millisi dünya çempionatına hazırlığı davam etdirir. Komandamız təlim-məşq toplanışının ikinci mərhələsinə start verib.

"Report" Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, yığma məşqlərini Boks Mərkəzində keçir. Məşqçilər korpusu bu mərhələdə xüsusi fiziki hazırlığa diqqət yetirəcəklər. Toplanışa 9 boksçu cəlb olunub. Onlardan 5-i mundialda iştirak edəcək idmançılardır. Bu mərhələ avqustun 8-də başa çatacaq.

Qeyd edək ki, dünya çempionatı avqustun 25-dən sentyabrın 3-dək Almaniyanın Hamburq şəhərində keçiriləcək. Yarışda ölkəmizin idman şərəfini Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Abdulqadir Abdullayev (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) qoruyacaqlar.

Son xəbərlər

Orphus sistemi