Yuxarı

Azərbaycan atletləri 2-ci Beynəlxalq Fəcr Kubokuna qatılacaqlar

Azərbaycan atletləri 2-ci Beynəlxalq Fəcr Kubokuna qatılacaqlar
Bakı.1 mart REPORT.AZ/ Bu il martın 9-14-də İranın Əhvaz şəhərində ağır atletika üzrə 2-ci Beynəlxalq Fəcr Kuboku keçiriləcək. Report x...

Bakı.1 mart REPORT.AZ/ Bu il martın 9-14-də İranın Əhvaz şəhərində ağır atletika üzrə 2-ci Beynəlxalq Fəcr Kuboku keçiriləcək. 

"Report" xəbər verir ki, böyük nüfuza malik bu yarışda Azərbaycan ağır atletika yığmasının üzvləri də iştirak edəcəklər. Komandamızın heyətində Ruslan Rzazadə (56 kq), Allahyar Abışov (62 kq), Sabit Bayramov (69 kq), Orxan Zeynalov və Kənan Əliquliyev (hər ikisi – 77 kq), Sənan Mirzəyev (85 kq), Xəlil Gəraylı (105 kq) və Asxab Kolayev (+105 kq) mübarizə aparacaqlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi