Azərbaycan ağır atletlərinin Avropa birinciliyindəki çıxış cədvəli açıqlanıb - CƏDVƏL

Azərbaycan ağır atletlərinin Avropa birinciliyindəki çıxış cədvəli açıqlanıb - CƏDVƏL Yarış Kosovonun paytaxtı Priştina şəhərində keçiriləcək
Komanda
23 Sentyabr , 2017 02:57
Azərbaycan ağır atletlərinin Avropa birinciliyindəki çıxış cədvəli açıqlanıb - CƏDVƏL

Bakı. 23 sentyabr. REPORT.AZ/ Kosovonun paytaxtı Priştina şəhərində 22-30 sentyabr tarixlərində keçiriləcək 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyi start götürür.

Azərbaycan Ağır Atletika Federasiyasından "Report"a verilən məlumata görə, yarışda 40-a yaxın ölkədən 305 atlet (175 oğlan və 130 qız) medallar uğrunda mübarizə aaparacaq.

Onların arasında bizim yığmanın da üzvləri var.

Artıq yarışın start kitabı açıqlanıb və atletlərimizin çıxış cədvəli məlum olub:

N Adı Yaş Çəki Qrup Gün Start
1. Elşən Məmmədov U-15 50 kq A 23 sentyabr 19:00
2. Murad Əliyev U-15 56 kq A 24 sentyabr 15:30
3. Rüstəm Qasımov U-15 56 kq A 24 sentyabr 15:30
4. Elməddin Hüseynov U-17 56 kq A 24 sentyabr 20:00
5. Nurlan Rəsulov U-15 62 kq A 25 sentyabr 12:00
6. Əli Şükürlü U-15 69 kq A 25 sentyabr 18:00
7. Səbinə Əzimova U-17 53 kq A 25 sentyabr 20:00
8. Tarmenxan Babayev U-15 85 kq A 27 sentyabr 16:00
9. Rəhman Kazımov U-15 +94 kq A 29 sentyabr 18:00

* Qeyd: saatlar Bakı vaxtı ilə göstərilib.

Son xəbərlər

Orphus sistemi