Avropa Liqasında yarımfinalçılar müəyyənləşəcək

Avropa Liqasında yarımfinalçılar müəyyənləşəcək Oyunlar İngiltərə, İspaniya, Çexiya və Ukraynada baş tutacaq
Komanda
14 Aprel , 2016 06:36
Avropa Liqasında yarımfinalçılar müəyyənləşəcək

Bakı. 14 aprel. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək. "Report"un məlumatına görə, oyunlar İngiltərə, İspaniya, Çexiya və Ukraynada baş tutacaq.

"Liverpul" doğma azarkeşlər önündə Almaniyanın "Borussiya" klubunu qəbul edəcək. Dortmunda keçirilmiş ilk görüşdə 1:1 hesabı qeydə alındığından meydan sahiblərinə qolsuz bərabərlik də kifayət edir. "Borussiya" isə mərhələ adlamaq üçün İngiltərədə baş tutacaq görüşdən ən azı 2:2 hesablı bərabərliklə ayrılmalıdır.

"Sevilya" digər İspaniya klubu "Atletik"i qəbul edəcək. Bu görüşə meydan sahibləri üstün tərəf kimi çıxacaq. Bilbaoda baş tutmuş ilk qarşılaşmada "Sevilya" 2:1 hesablı qələbə qazanıb. Səfərdə buraxdığı 2 topa bir qolla cavab verən "Sparta" Çexiyada İspaniya "Vilyarreal"ı ilə üz-üzə gələcək. Ukraynada isə "Şaxtyor" Portuqaliya "Braqa"sını qəbul edəcək. İlk oyun "Şaxtyor"un 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Avropa Liqası, 1/4 final, cavab oyunları

23:05. "Liverpul" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya)

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

Liverpul. "Enfild" stadionu

İlk oyun: 1:1

23:05. "Sevilya" (İspaniya) - "Atletik" (İspaniya)

Baş hakim: Damir Skomina (Sloveniya)

Sevilya. "Ramon Sançes Pisxuan" stadionu

İlk oyun: 2:1

23:05. "Sparta" (Praqa) - "Vilyarreal" (İspaniya)

Baş hakim: Martin Atkinsson (İngiltərə)

Praqa. "Letna" stadionu

İlk oyun: 1:2

23:05. "Şaxtyor" (Ukrayna) - "Braqa" (Portuqaliya)

Baş hakim: Pavel Kraloveç (Çexiya)

Lvov. "Lvov Arena"

İlk oyun: 2:1

Son xəbərlər

Orphus sistemi