Yuxarı

Avropa çempionatı: Azərbaycan və Macarıstan voleybol yığmalarının heyəti müəyyənləşib

Avropa çempionatı: Azərbaycan və Macarıstan voleybol yığmalarının heyəti müəyyənləşib
Meydan sahibləri 14 voleybolçu sifariş edib
© Report

Bakı. 22 sentyabr. REPORT.AZ/ Qadın voleybolçular arasında Bakıda keçirilən Avropa çempionatının I turu çərçivəsində A qrupunda baş tutacaq Macarıstan – Azərbaycan oyunu üçün hər iki komandanın heyəti müəyyənləşib.

“Report” xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Faiq Qarayev çempionata 14 voleybolçu sifariş edib. Rəqibin heyətində isə 13 oyunçu yer alıb.

Macarıstan: 1.Qreta Şakmari, 2.Fruzsina Tot (libero), 3.Renata Şpin (libero), 5.Kata Çina, 8.Susanna Talaş, 9.Bernadett Dekani, 11.Nikolett Soos, 13.Lilla Villam, 14.Edina Dobi, 15.Rita Bokorne Liliom, 16.Eşter Nagi, 17.Reka Bleyxer, 21.Kata Török

Azərbaycan: 1.Ceyran Əliyeva, 2.Kseniya Poznyak, 5.Odina Bayramova, 6.Ayşən Abduləzimova, 7.Olena Həsənova, 8.Yelizaveta Səmədova, 9.Natalya Məmmədova, 10.Yana Kulan, 11.Katerina Jidkova (libero), 12.Valeriya Məmmədova (libero), 14.Kristina Yaqubova, 15.Aynur Kərimova, 17.Polina Rəhimova, 18.Şəfaqət Həbibova

Qaydalara əsasən, oyun zamanı hər komandada bu voleybolçulardan eyni vaxtda 6-sı meydanda ola bilərlər. 

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçiriləcək görüş saat 18:00-da start götürəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi