Avropa çempionatı: 1/4 finala yüksələn daha bir voleybol yığmasının adı müəyyənləşib

Avropa çempionatı: 1/4 finala yüksələn daha bir voleybol yığmasının adı müəyyənləşib Rusiya millisi C qrupunun qalibi olub
Komanda
25 Sentyabr , 2017 18:03
Avropa çempionatı: 1/4 finala yüksələn daha bir voleybol yığmasının adı müəyyənləşib

Bakı. 25 sentyabr. REPORT.AZ/ Voleybolçu qadınlar arasında Avropa çempionatında 1/4 final mərhələsinə yüksələn daha bir komandanın adı müəyyənləşib. "Report"un məlumatına görə, bu, Rusiya millisidir.

C qrupunda III tur qarşılaşmasında qonşu ölkə təmsilçisi Bolqarıstanı da yenməyi bacarıb. 5 setlik mübarizənin yekununda 3:2 hesablı qələbə qazanan Rusiya yığması 7 xalla C qrupunun qalibi olub. Bolqarıstan isə 5 xalla 2-ci yeri tutub və mübarizəni "pley-off"da davam etdirəcək. Bu qrupda daha bir vəsiqəyə saat 20:30-da başlanacaq Türkiyə - Ukrayna görüşünün qalibi yiyələnəcək.

Qeyd edək ki, daha əvvəl İtaliya B qrupunun, Serbiya isə D qrupunun qalibi kimi 1/4 finala birbaşa vəsiqəyə sahib çıxıb. A qrupunun qalibi isə Azərbaycan - Almaniya görüşünün yekununda müəyyənləşəcək.

Son xəbərlər

Orphus sistemi