"Araz" klubunun UEFA Kubokundakı rəqibi müəyyənləşib

"Araz" klubunun UEFA Kubokundakı rəqibi müəyyənləşib Azərbaycan təmsilçisi B qrupunda yer alıb
Komanda
21 Oktyabr , 2016 16:00
Araz klubunun UEFA Kubokundakı rəqibi müəyyənləşib

Bakı. 21 oktyabr. REPORT.AZ/ Bu gün futzal üzrə UEFA Kubokunun elit mərhələsinin püşkü atılıb. 

"Report"un məlumatına görə, komandalar püşkatma zamanı 3 səbətdə yer alıb.

İkinci səbətdə olan Azərbaycanın "Araz" klubu B qrupunda yer alıb. "Araz" Rusiyanın "Yuqra", Almaniyanın "Hamburq Panters" və Xorvatiyanın "Zaqreb" komandaları ilə mübarizə aparacaq.

Elit mərhələdə 16 komanda çıxış edəcək.

A qrupu B qrupu C qrupu D qrupu
"Kayrat" (Qazaxıstan) "Yuqra" (Rusiya) "İnter" (İspaniya) "Dinamo" (Rusiya)
"Nikars" (Litva) "Araz" (Azərbaycan) "Ekonomats" (Serbiya) "Sportinq" (Portuqaliya)
"Real" (İtaliya) "Hamburq Panters" (Almaniya), "Xrudim" (Çexiya)
"Dyor" (Macarıstan)
"Feniks" (Kosova) "Zaqreb" (Xorvatiya) "Breze" (Sloveniya) "Tarqu Mureş" (Rumıniya)

Qeyd edək ki, elit mərhələnin oyunları 22 - 27 noyabrda Xorvatiya, Portuqaliya, Qazaxıstan və Sloveniyada keçiriləcək.

Son xəbərlər

Orphus sistemi