"Araz" futzal komandası UEFA kubokunun elit-raund mərhələsinə çıxa bilməyib

"Araz" futzal komandası UEFA kubokunun elit-raund mərhələsinə çıxa bilməyib Komandası 3-cü oyununda məğlub olub
Komanda
14 Oktyabr , 2017 22:16
Araz futzal komandası UEFA kubokunun elit-raund mərhələsinə çıxa bilməyib
"Report"

Buxarest. 14 oktyabr. REPORT.AZ/ Azərbaycanın “Araz” futzal komandası UEFA kubokunun əsas mərhələsi çərçivəsində keçirdiyi 3-cü oyununda məğlub olub.

"Report"un Şərqi Avropa bürosu xəbər verir ki, Rumıniyanın Deva şəhərindəki İdman Sarayında baş tutan qarşılaşmada Alesio da Silvanın yetirmələri meydan sahibi "Deva"ya 3:6 hesabı ilə məğlub olub. 

Nəticədə Rumıniya çempionu xalını 6-ya çatdırmaqla VIII qrupun lideri olub və UEFA kubokunun elit-raund mərhələsinə vəsiqəni təmin edib.

Naxçıvan təmsilçiləri isə qrupda 2-ci pilləni tutublar.

VIII qrup

14 oktyabr, III tur

"Araz" (Azərbaycan) – "Deva" (Rumıniya) 3:6

Qollar: Matey 6, 19, 39, Viela 8, İqnat 18, Panzaru 24, Bolinya 31, Tonita 38, Çovdarov 39. 

Son xəbərlər

Orphus sistemi