Almaniya Qış Olimpiadasında qızıl medal sayına görə Kanadanın rekordunu təkrarlayıb

Almaniya Qış Olimpiadasında qızıl medal sayına görə Kanadanın rekordunu təkrarlayıb Çempionatda daha iki mükafat dəsti qalmaqdadır
Komanda
25 Fevral , 2018 10:34
Almaniya Qış Olimpiadasında qızıl medal sayına görə Kanadanın rekordunu təkrarlayıb

Bakı. 25 fevral. REPORT.AZ/ Pxençxanda keçirilən Qış Olimpiya Oyunlarında 14 qızıl medal qazanan Almaniya yığması 2010-cu ildə Vankuverdə keçirilən Qış Olimpiadası zamanı analoji nəticəni əldə edən Kanadanın rekordunu təkrarlayıb.

“Report” xəbər verir ki, çempionatda daha iki mükafat dəsti qalmaqdadır.

Finalda Almaniya hokkeyçiləri Rusiya komandası ilə görüşəcək, matç Bakı vaxtı ilə saat 8:10-da başlayacaq. Bundan başqa, bu gün almanların qadınların klassik üslubda keçiriləcək marafon yarışında medal qazanmaq şansları da var. Meydana start heyətində Ştefani Böler, Katarina Henniq və Viktoriya Karl çıxacaq.

Keçmiş SSRİ yığması (1976) və Norveç millisinin (2002, 2018) hesabında 13 qızıl medal dəsti var.

Son xəbərlər

Orphus sistemi