​Ağsuda idman kompleksi istifadəyə verilib

​Ağsuda idman kompleksi istifadəyə verilib Prezident İlham Əliyev kompleksin açılışında iştirak edib
Komanda
17 Sentyabr , 2015 21:31
​Ağsuda idman kompleksi istifadəyə verilib

Bakı. 17 sentyabr. REPORT.AZ/ Bu gün prezident İlham Əliyev Ağsu rayonuna səfəri çərçivəsində idman kompleksinin açılışında iştirak edib.

"Report" xəbər verir ki, dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib.

Kompleksin tikintisinə 2013-cü ilin may ayında başlanıb. Tikinti işləri ən yüksək səviyyədə aparılıb və bu ilin sentyabrında başa çatdırılıb.

Kompleksdə idmanın bir çox növləri ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılıb. Dövlət başçısı kompleksin üzgüçülük hovuzu ilə tanış olub.

Qeyd edilib ki, uzunluğu 18,5, eni isə 11 metr olan hovuz böyüklər və balacalar üçün nəzərdə tutulub. Burada sauna, masaj otağı və türk hamamı da yaradılıb.

İlham Əliyev kompleksin taekvondo və boks zalında yaradılan şəraitlə də maraqlanıb.

Burada istər yerli, istərsə də beynəlxalq əhəmiyyətli idman tədbirləri keçirmək mümkün olacaq. Bu idman qurğusundakı güləş zalı Beynəlxalq Güləş Federasiyasının standartlarına uyğun tikilib. Müasir idman qurğuları ilə təchiz edilən trenajor zalı da idmançıların ixtiyarına veriləcək. Kompleksdə müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı və inzibati otaqlar mövcuddur. Binada tennis, bilyard zalları da yaradılıb və bununla da mükəmməl infrastruktur formalaşdırılıb.

Son xəbərlər

Orphus sistemi