AFFA Slovakiya Futbol Federasiyasına və UEFA-ya etirazını bildirib

AFFA Slovakiya Futbol Federasiyasına və UEFA-ya etirazını bildirib Slovakiya ilə oyunun proqramında və akkreditasiya vəsiqəsinin üzərində Azərbaycan milli komandasının oyunçusunun karikaturası əksini tapıb
Komanda
23 Sentyabr , 2015 11:10
AFFA Slovakiya Futbol Federasiyasına və UEFA-ya etirazını bildirib

Bakı. 23 sentyabr. REPORT.AZ/ AFFA Slovakiya Futbol Federasiyasına, Futzal Federasiyasına və UEFA-ya etirazını bildirib. "Report"un məlumatına görə, səbəb futzal üzrə Azərbaycan milli komandasının futbolçusunun aşağılanmasıdır. 

Avropa çempionatının play-off mərhələsində iki komanda arasında Trnavada keçirilmiş cavab oyununun proqramının üz qabığında və akkreditasiya vəsiqələrinin üzərində Azərbaycan milli komandasının oyunçusunun karikaturası əksini tapıb. Karikaturanın hazırlanması və nəşri AFFA ilə razılaşdırılmayıb. 

Qeyd edək ki, Slovakiya - Azərbaycan matçı 1:1 hesablı heç-heçə ilə nəticələnib. İlk matçda Azərbaycan millisi 3:1 hesabı ilə qalib gəldiyi üçün 2016-cı ildə Serbiyada keçiriləcək Avropa çempionatının final mərhələsinə yüksəlib. 

Son xəbərlər

Orphus sistemi