AFFA İntizam Komitəsi 2 futzalçını 10 oyunluq cəzalandırıb

AFFA İntizam Komitəsi 2 futzalçını 10 oyunluq cəzalandırıb Bakı. 23 may. REPORT.AZ/ AFFA İntizam Komitəsi Uğur klubunun iki futzalçısını 10 oyunluq cəzalandırıb.
Komanda
23 May , 2018 13:14
AFFA İntizam Komitəsi 2 futzalçını 10 oyunluq cəzalandırıb

Bakı. 23 may. REPORT.AZ/ AFFA İntizam Komitəsi "Uğur" klubunun iki futzalçısını 10 oyunluq cəzalandırıb. 

"Report"un AFFA-nın saytına istinadən verdiyi məlumata görə, bunlar Mahsen Geşani və Rza Əmonidir. 

Hər iki oyunçu Azərbaycan Kubokunun final oyununda "Marafon Futsal"la qarşılaşmada etdikləri qeyri-etik hərəkətlərə görə cəzaya məruz qalıb. 

Onlar sözügedən matçda hakimlər briqadasını təhqir etməklə yanaşı, hakimə və rəqib oyunçuya qarşı fiziki təzyiq göstəriblər. M.Geşani və R.Əmoni daha sonra qırmızı vərəqə alaraq meydandan qovulublar. 

Qeyd edək ki, "Uğur" komandası həlledici görüşdə "Marafon Futsal"a 6:9 hesabı ilə məğlub olub. 

Son xəbərlər

Orphus sistemi