AAF "V1 Challenge 2016" ilk Azərbaycan çempionatını keçirib

AAF "V1 Challenge 2016" ilk Azərbaycan çempionatını keçirib Qaliblərə kubok və pul mükafatları verilib
Komanda
31 May , 2016 16:44
AAF V1 Challenge 2016 ilk Azərbaycan çempionatını keçirib

Bakı. 31 may. REPORT.AZ/ Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Bakıda "V1 Challenge 2016" Azərbaycan çempionatı keçirilib. Bu barədə "Report"a Federasiyanın mətbuat xidmətindən bildirilib. 

Bakı Olimpiya Stadionunda, Böyükşor parkı ətrafında açıq havada təşkil olunan çempionatda 12 yerli pilot "Volkicar" idman avtomobillərində yarışıb.

Pilotlar hər birində 4 nəfər olmaqla, 3 qrupda yarışıb. Hər bir qrupun qalibi finalda birincilik uğrunda mübarizə aparıb.

İki saatdan artıq davam edən yarış gərgin anlar və müxtəlif maraqlı şou ilə yadda qalıb.

Finalda pilotlar Hamlet Fərəcov 1-ci, Murad Həsənov 2-ci, Rəhim Orucov isə 3-cü yerin sahibi olub. Qaliblərə kubok və pul mükafatları verilib.

Çempionatın qalibi Hamlet Fərəcov bildirib ki, peşəkar avtomobil yarışına ilk dəfə qoşulub. O, avtomobil həvəskarı olan gəncləri bir araya toplayıb, onların bacarıq və qabiliyyətlərini peşəkar səviyyədə göstərməsinə şərait yaratdığına görə Azərbaycan Avtomobil Federasiyasına təşəkkürünü bildirib. Qaliblər yüksək sürət sevənləri küçədə deyil, trekdə rəqabət aparmağa çağırıb.

Çempionat zamanı tamaşaçılara həmçinin müxtəlif idman avtomobillərinin şousu təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Avtomobil Federasiyası bu günədək avtomobil idmanının inkişafı, o cümlədən bu idman növünün gənclər arasında yayılması və yerli pilotların hazırlanmasına dəstək verən bir sıra layihələr həyata keçirib. 

Son xəbərlər

Orphus sistemi