Yuxarı

Polo üzrə Avropa çempionatı 2020-ci ildə Azərbaycanda keçiriləcək

Polo üzrə Avropa çempionatı 2020-ci ildə Azərbaycanda keçiriləcək
Bu barədə Beynəlxalq Atçılıq Federasiyasının iclasında qərar qəbul edilib

Bakı. 28 dekabr. REPORT.AZ/ Polo üzrə Avropa çempionatı 2020-ci ildə Azərbaycanda keçiriləcək.

"Report"un məlumatına görə, bu barədə Azərbaycan Atçılıq Federasiyasının baş katibi Bəhruz Nəbiyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, artıq qitə yarışının Azərbaycanda keçirilməsi ilə bağlı Beynəlxalq Atçılıq Federasiyasının iclasında qərar qəbul edilib.

B.Nəbiyev polo üzrə Azərbaycan millisinin hazırda Argentinada təlim-məşq toplanışında olduğunu söyləyib: "Bizim çövkən oyunçularından ibarət polo üzrə milli komandamız var. Çövkən yarışları bizə polo üzrə milli komandaya yeni oyunçuların seçilməsinə imkan verir. Hazırda polo yığmamız Argentinada təlim-məşq toplanışı keçir. Bu yarışdan sonra bəzi oyunçular seçiləcək və komandanın ikinci heyəti formalaşacaq".

Baş katib polo yığmasının 2018-ci ildə İtaliyanın Syena şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcəyini də bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi