2016-cı il Yay Olimpiya Oyunları üçün superbakteriya təhlükəsi aşkarlanıb

2016-cı il Yay Olimpiya Oyunları üçün superbakteriya təhlükəsi aşkarlanıb Təşkilatçılar vəziyyətin öyrənilməsi məqsədilə mütəxəssislərlə sıx təmasdadırlar
Komanda
18 Dekabr , 2014 11:33
2016-cı il Yay Olimpiya Oyunları üçün superbakteriya təhlükəsi aşkarlanıb

Bakı. 18 dekabr. REPORT.AZ/ 2016-cı il Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi Braziliyanın Rio-de-Janeyro sahillərindəki suda superbakteriya ilə mübarizə məqsədilə işçi qrup yaradıb. "Report"un məlumatına görə, təşkilatçılar vəziyyətin öyrənilməsi məqsədilə mütəxəssislərlə sıx təmasda olduqlarını bildiriblər.

Şəhər rəhbərliyi bir neçə çimərlikdən xüsusi ehtiyatla yararlanmağın vacibliyinə dair xəbərdarlıq edib. Nəhəng çimərliklərdən olan Flamenqo istirahət edənlərin üzünə çirklənmə səbəbindən dəfələrlə bağlanıb. Bununla belə, Rio-de-Janeyronun bir çox sakini rəsmi xəbərdarlıqlara məhəl qoymamağı üstün tutur.

Qeyd edək ki, Rio-de-Janeyro Yay Olimpiya Oyunları 2016-cı il avqustun 5-dən 21-dək keçiriləcək. Superbakteriya təhlükəsinin olduğu ərazidə olimpiada zamanı yelkən idmanı və vindsörfinq yarışları təşkil ediləcək. Superbakteriya dərman preparatlarına tab gətirən mikroorqanizmlərdir. Onlar məişət, sidik-cinsi və nəfəsalma sistemlərində xəstəliklər yaradırlar. Təhlükə olimpiadanın keçiriləcəyi Quanabara körfəzinə tökülən Karioka çayından aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi