Yuxarı

Zaqatalada cüdo məşqçiləri üçün seminar keçirilib

Müəllimlərə cüdonun yeni texnika və qaydaları haqqında ətraflı məlumat verilib

Bakı. 24 oktyabr. REPORT.AZ/ Zaqatala Olimpiya Kompleksində cüdo məşqçiləri üçün seminar keçirilib. Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, seminarda Zaqatala, Mingəçevir, Qax və Balakəndən olan məşqçi-müəllimlərə cüdonun yeni texnika və qaydaları haqqında ətraflı məlumat verilib.

Mütəxəssislər Tərlan Poladov, Musa İsmayılov və Tərlan Həsənov məşqçinin məşq prosesini idarə etməsi, tələbələr, onların valideynləri və həmkarları ilə münasibəti, məşqçinin tələbələrinə nəzarəti - məktəb dərs gündəliyi, cüdo üzrə gündəliyi, nizam intizam, gigiyena, zədələrə qarşı proflaktikası və qidalanmasına nəzərət qaydalarından danışıblar.

Həmçinin, məşqçinin tələbələrini yarışa hazırlamaq prosesi, çəki və qidalanmaya nəzərət, yarışda öz tələbələrini idarə etmə bacarığı, özünü aparma qaydalarını tam bacarma qabiliyəti barədə təlimatlar verilib. Məşqçinin hakimlik bacarığı, öz yarışlarını təşkil etmə və aparma, tələbələri ilə yarışları müşahidə etmə, onları təhlil və müzakirə etmə bacarığı barədə fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi