Zabit Səmədovun növbəti rəqibinin adı açıqlanıb

Zabit Səmədovun növbəti rəqibinin adı açıqlanıb O, Frederik Sinistra ilə üz-üzə gələcək
Fərdi
27 Aprel , 2017 12:36
Zabit Səmədovun növbəti rəqibinin adı açıqlanıb

Bakı. 27 aprel. REPORT.AZ/ Azərbaycanın məşhur kikboksçusu Zabit Səmədov növbəti görüşünü mayın 13-də Türkiyədə keçirəcək.

"Report"un məlumatına görə, 33 yaşlı idmançı belçikalı Frederik Sinistra ilə üz-üzə gələcək.

Gebze İdman Sarayında keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlanacaq. Digər döyüşlərin də keçiriləcəyi gecəyə bir çox siyasətçi, iş adamı və idmançı qatılacaq. Görüş TV8,5 kanalı vasitəsilə canlı yayımlanacaq. 

Son xəbərlər

Orphus sistemi