​Zabit Səmədov Qroznıda revanş döyüşünə çıxacaq

​Zabit Səmədov Qroznıda revanş döyüşünə çıxacaq Döyüş "Akhmat Fight Show" turniri çərçivəsində baş tutacaq
Fərdi
7 Dekabr , 2015 16:12
​Zabit Səmədov Qroznıda revanş döyüşünə çıxacaq

Bakı. 7 dekabr. REPORT.AZ/ Azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədov polşalı Pol Slovinski ilə revanş döyüşünə çıxacaq. "Report"un məlumatına görə, görüş Çeçenistanın paytaxtı Qroznıdakı "Kolizey" idman zalında keçiriləcək.

"Mauqli" və "Jalo" ləqəbli idmançıların qarşılaşması dekabrın 26-da "Akhmat Fight Show" turniri çərçivəsində baş tutacaq.

Gecədə Səmədovun təmsil olunduğu "Akhmat" klubunun digər üzvlərindən Salamu Abdurəhmanov, Zurab Beterqarayev, Beslan Uşukov və s. döyüşçülər də mübarizə aparacaq. Eyni zamanda ağır çəkidə Roman Krıklya (Ukrayna) - Konstantin Qluxov (Latviya), Maksim Qrişin (Rusiya) - Stjepan Bekavaç (Xorvatiya) döyüşləri də olacaq.

Qeyd edək ki, Zabit Səmədov və Pol Slovinskinin 2007-ci ildə Hollandiyada keçirilmiş ilk döyüşündə azərbaycanlı K-1 ustası məğlub olub.

Son xəbərlər

Orphus sistemi